13:14 14-09-2021
news_image
87
FUTBOL

Portuqaliyanın oyununa təyinat aldı - Asim Xudiyev

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev beynəlxalq oyuna təyinat alıb.

Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, o, qadınlar arasında dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində iş başında olacaq.

Xudiyev sentyabrın 16-da Türkiyənin Alanya şəhərindəki "Oba" stadionunda keçiriləcək Türkiyə - Portuqaliya oyununun hakim-inspektoru kimi fəaliyyət göstərəcək.