13:46 14-09-2021
news_image
107
FUTBOL

PSJ-də ciddi itki – üç oyunu buraxacaq

Fransanın PSJ klubu ciddi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Liqa1 təmsilçisi Marko Verrattinin xidmətindən məhrum olub.

Yarımmüdafiəçi 10 gün müddətinə sıradan çıxıb. Buna səbəb Markonun dizindəki zədədir. O, qarşıdakı üç matçı buraxacaq. Bunlardan biri Çempionlar Liqası, ikisi Liqa1-in oyunudur.

Qeyd edək ki, Marko İtaliya yığmasının düşərgəsində zədələnib.