14:42 14-09-2021
news_image
178
FUTBOL

Türkiyə millisi üçün İstanbula gəldi – almaniyalı məşqçi

Almaniyanın U-21 yığmasının baş məşqçisi Stefan Kuntz Türkiyəyə gəlib.

Apasport.az saytının məlumatına görə, onun Türkiyə millisinin sükanı arxasına keçməsi gözlənilir.

DÇ-2022-nin seçmə mərhələsində Niderlanda 1:6 hesablı məğlubiyyətdən sonra Şenol Günəşlə yollarını ayıran Türkiyə Futbol Federasiyası baş məşqçi postu üçün Okan Burukla ilkin razılığa gəlsə də, almaniyalı ilə də danışıq aparır. 58 yaşlı mütəxəssis federasiya ilə müzakirə aparmaq məqsədilə İstanbula yollanıb.

Razılıq əldə olunarsa, onun köməkçilərindən biri yerli mütəxəssis olacaq.