19:01 14-09-2021
news_image
158
FUTBOL

“Çelsi”dən yeni təklif – Maunta

İngiltərənin “Çelsi” klubu Meyson Mauntla müqaviləni uzatmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, İngiltərə yığmasının gənc yarımmüdafiəçisinə daha yaxşı şərtlərlə anlaşma təklif olunub.

O, ötən mövsümdə “Çelsi”nin ən yaxşısı seçilib. Maunt yeni müqaviləyə imza atsa, həftədə 175 min funt sterlinq qazanacaq.

Qeyd edək ki, Meyson “Çelsi”nin öz yetirməsidir.