11:00 19-09-2021
news_image
100
FUTBOL

Transfer rekordunu yeniləyən 5 klub – Premyer Liqada

Koronavirus pandemiyası klublara ciddi maliyyə problemi yaratmasına baxmayaraq, bu yay da astronomik məbləğlərə oyunçular alınıb.

Apasport.az saytının məlumatına görə, “transfer bazarı”nın ən fəal klubları olan İngiltərə Premyer Liqa təmsilçiləri bu baxımdan digər çempionatları qabaqlayıb.

Hətta Premyer Liqanın 5 təmsilçisi özünün transfer rekordunu yeniləyib. Həmin rekordlar bunlardır:

“Mançester Siti”
“Aston Villa”dan Cek Qriliş – 117,5 milyon avroya

“Çelsi”
“İnter”dən Romelu Lukaku – 115 milyona

“Aston Villa”
“Norviç”dən Emiliano Buendia – 38,4 milyona

“Brentford”
“Seltik”dən Kristoffer Ayer – 15,7 milyona

“Norviç”
PAOK-dan Xristos Tzolis və “Verder”dən Milot Raşitsa – 11 milyona