17:11 14-09-2021
news_image
79
FUTBOL

Daha bir istefa – A seriyasında

İtaliya A seriyasında daha bir baş məşqçi istefaya göndərilib.

Apasport.az saytının məlumatına görə, “Kalyari” Leonardo Sempliçi ilə yollarını ayırıb.

Baş məşqçi uğursuz nəticələr səbəbindən vəzifəsindən kənarlaşdırılıb. Komandanın ilk üç turda xal toplamaması klub rəhbərliyini qane etməyib.

Komanda müvəqqəti olaraq onun köməkçiləri Andrea Konsumi, Yuri Fabbritsi Rossano Kasoni və Alessio Rubiçiniyə tapşırılıb. Sempliçi bu ilin fevralından komandanı çalışdırırdı.

Qeyd edək ki, bu gün digər A seriyası təmsilçisi “Verona” Eusebio di Françekonu istefaya göndərib.