13:24 19-09-2021
news_image
122
FUTBOL

Çempionlar Liqasında yer almayan ən bahalı futbolçular - SİYAHI

Həftəiçi Çempionlar Liqasında 2021/22 mövsümünün əsas mərhələsinə start verilib.

Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirindən kənarda qalan ulduz futbolçular da var.

Onlar arasında ən yüksək transfer qiymətinə malik 8 oyunçunu təqdim edirik.

1. Harri Keyn
Klubu: “Tottenhem”
Yaşı: 28
Mövqeyi: hücumçu
Transfer dəyəri: 120 milyon avro
Yer alacağı Avropa turniri: Konfrans Liqası

2. Xın-Min Son
Takımı: “Tottenhem”
Yaşı: 29
Mövqeyi: pleymeyker
Transfer qiyməti: 85 milyon
Yer alacağı turnir: Konfrans Liqası

3. Sergey Milinkoviç-Saviç
Klubu: “Latsio”
Yaşı: 26
Mövqeyi: orta sahə
Transfer qiyməti: 70 milyon
Yer alacağı turnir: Avropa Liqası

4. Mikel Oyarzabal
Klubu: “Real Sosyedad”
Yaşı: 24
Mövqeyi: sol yarımmüdafiəçi
Transfer qiyməti: 70 milyon
Yer alacağı turnir: Avropa Liqası

5. Bukayo Saka
Klubu: “Arsenal”
Yaşı: 20
Mövqeyi: sol yarımmüdafiəçi
Transfer qiyməti: 65 milyon
Yer alacağı turnir: yoxdur

6. Vilfred Ndidi
Klubu: “Lester”
Yaşı: 24
Mövqeyi: orta sahə
Transfer qiyməti: 60 milyon
Yer alacağı turnir: Avropa Liqası

7. Yuri Tilemans
Klubu: “Lester”
Yaşı: 24
Mövqeyi: orta sahə
Transfer qiyəti: 55 milyon
Yer alacağı turnir: Avropa Liqası

8. Rişarlison
Klubu: “Everton”
Yaşı: 24
Mövqeyi: hücumçu
Transfer qiyəti: 55 milyon
Yer alacağı turnir: yoxdur