17:56 14-09-2021
news_image
332
FUTBOL

5 futbolçusunu əvəzedici heyətə göndərdi – “Keşlə”

“Keşlə” hücumçusu Anatole Abanqı əvəzedici heyətə göndərib.

Apasport.az saytının məlumatına görə, buna səbəb kamerunlu forvardın Premyer Liqanın III turunda “Zirə” ilə qarşılaşmada qırmızı vərəqə almasıdır.

Ən yüksək məvacibli oyunçusunu cəzalandırmaq qərarına gələn rəhbərlik onu əvəzedicilərin heyətində I divizionun ilk turunda “Zaqatala” ilə keçiriləcək qarşılaşmanın iştirak ərizəsinə salıb.

Abanqla yanaşı, bu gün “ASK Arena”da keçiriləcək görüşdə əsas heyət üzvlərindən Nicat Qurbanov, Şəhriyar Əliyev, Kərim Diniyev və Rafael Məhərrəmli də start heyətində meydana çıxacaq.