09:00 15-09-2021
news_image
315
FUTBOL

“Azərbaycan karyeramın zirvəsi idi” – Hendrik Ekşteyn

“Azərbaycanın iki fərqli klubunda oynadım vər hər birində mənə qarşı davranışdan məmnun qaldım”.

Apasport.az saytının məlumatına görə, bunu ölkəmizdə “Səbail” və “Sabah”ın formasını geyinmiş cənubi afrikalı futbolçu Hendrik Ekşteyn deyib.

Ötən mövsümün sonunda “Səbail”dən ayrılan 30 yaşlı yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlamasında Azərbaycanda keçirdiyi iki ildən (2019-2021) razılıqla danışıb: “Orada bir neçə kiçik problem yaşamağıma baxmayaraq, Azərbaycana getmək qərarından peşman deyiləm. “Səbail”də olarkən “Çelsi”nin keçmiş futbolçusu Maykl Essyenlə çiyin-çiyinə çıxış etdim. Bu, mənim karyeramın zirvəsi idi. Essyenlə hələ də əlaqəni davam etdiririk. Ümumiyyətlə, Azərbaycanda mənə sevgi göstərildi”.

Qeyd edək ki, Hendrik Ekşteyn Cənubi Afrika klubu “Amazulu” ilə müqavilə bağlayıb.