09:29 15-09-2021
news_image
76
FUTBOL

“Bavariya”nın qarşısına çıxan tapılmır – 78 oyundur

Almaniyanın “Bavariya” klubu qol seriyasını 78-ə çatdırıb.

Apasport.az saytının məlumatına görə, Münhen təmsilçisi ardıcıl 78-ci qarşılaşmada qol sevinci yaşayıb.

Bundesliqa klubu Çempionlar Liqasının I turunun “Barselona” ilə səfər matçında 3:0 hesabı ilə qalib gəlib. “Bavariya”nın qol vurmadığı son qarşılaşma 2020-ci il fevralın 9-da olub. Həmin gün münhenlilər Bundesliqada “Leypsiq”lə heç-heçə edib – 0:0.

Dünya rekordu “River Pleyt”ə məxsusdur. Argentina klubu 1936-39-cu illərdə ardıcıl 96 qarşılaşmada qol sevinci yaşayıb.