09:36 15-09-2021
news_image
69
FUTBOL

17 ilin ən uğursuz göstəricisi – “Mançester Yunayted”dən

Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Yanq Boyz”un qonağı olan “Mançester Yunayted” 1:2 hesabı ilə məğlub olub.

Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar” son 17 ilin ən pis nəticəsinə imza atıb.

Bu, qapı çərçivəsinə vurulan zərbə sayında olub. Komanda 90 dəqiqə ərzində cəmi 2 dəfə dəqiq zərbə vura bilib ki, bunun biri qolla nəticələnib. Hər iki zərbənin müəllifi yeni transfer Kriştiano Ronaldo olub. “Mankunianlar” axırıncı dəfə 2003/04 mövsümündə hücumda belə aşağı səviyyədə çıxış edib. Həmin vaxtdan bəri komanda turnirdə 138 oyun keçirib. 

Qeyd edək ki, “Mançester Yunayted” II turda sentyabrın 29-da “Vilyarreal”la qarşılaşacaq.