22:13 15-09-2021
news_image
77
FUTBOL

Kapitana yeni müqavilə təklifi – Premyer Liqa klubundan

“Çelsi” kapitanı Sezar Azpilikuetanı komandada saxlamaqda maraqlıdır.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi 32 yaşlı müdafiəçisinə yeni müqavilə təklif etməyə hazırlaşır.

“Zadəganlar” İspaniya millisinin üzvünün anlaşmasını 1+1 illik uzatmaq istəyir. Futbolçu razılıq verərsə, sözləşməsi 2023-cü ilin yayına qədər uzadılacaq və müddətin daha bir il uzadılması bəndi müqaviləyə salınacaq.

Qeyd edək ki, Sezar Azpilikueta 2012-ci ildən “Çelsi”nin formasını geyinir.