10:01 15-09-2021
news_image
84
FUTBOL

24 ildən sonra – “Barselona”

İspaniyanın “Barselona” klubu Çempionlar Liqasına məğlubiyyətlə başlayıb.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi öz meydanında “Bavariya”ya 0:3 hesabı ilə uduzub.

Kataloniyalılar son 24 ildə ilk dəfə Çempionlar Liqasında mövsümün ilk görüşündə xalsız qalıb. Sonuncu belə hadisə 1997/98 mövsümünə təsadüf edib.

Həmin vaxt “Barselona” “Nyukasl” qarşısında aciz qalıb – 2:3.