10:14 15-09-2021
news_image
88
FUTBOL

Bakıya yola düşdü – “Bazel”

Konfrans Liqasının qrup mərhələsinin I turunda “Qarabağ”la qarşılaşacaq “Bazel” Bakıya yola düşüb.

Apasport.az saytının məlumatına görə, bu barədə İsveçrə təmsilçisi sosial şəbəkə vasitəsilə xəbər yayıb.

Komandanı Azərbaycana gətirən təyyarə Bazeldən yenicə havaya qalxıb. İsveçrəlilər bu gün oyunöncəsi son məşqini Bakı Olimpiya Stadionunda keçəcək.

Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Bazel” qarşılaşması saat 20:45-də başlayacaq.