10:47 15-09-2021
news_image
69
FUTBOL

Navasdan sonra ikincidir - Mendi

Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin I turunda “Zenit”lə keçirilən oyun “Çelsi”nin qapıçısı Eduar Mendi üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, 29 yaşlı qolkiper ÇL-də öz göstəricisini yaxşılaşdırıb.

O, komandasının 1:0 hesabı ilə qalib gəldiyi görüşdə qapısının toxunulmazlığını qorumaqla buna nail olub. Mendi qitənin ən nüfuzlu klub turnirinin son 13 matçının 10-da qol buraxmayıb.

İndiyə qədər yalnız Keylor Navas ondan yaxşı göstəriciyə imza atıb. Hazırda PSJ-nin qapısını qoruyan Navas 2014-15-ci illərdə “Real”da olarkən 11 oyunun 10-da quru seriyanı qoruya bilib.