11:52 15-09-2021
news_image
68
FUTBOL

“Real”ın davranışını bəyənmədik” – PSJ rəsmisi

PSJ hücumçusu Kilian Mbappe ilə bağlı yaranmış situasiyadan narazıdır.

Apasport.az saytının məlumatına görə, idman direktoru Leonardo yay fasiləsində transferdə anlaşmadıqları “Real” rəhbərliyinin rəftarından narahatlıq keçirdiklərini dilə gətirib.

O, ispanların danışıq zamanı göstərdiyi münasibəti bəyənmədiklərini söyləyib: “Transferin son günündə “Real”dan təklif almadıq. Düzünü desəm, Kilianı satmaq fikrində deyildik. “Real”ın təklifini də qeyri-ciddi hesab etdik. Bizə bir vaxtlar Mbappe üçün ödədiklərimizdən daha az məbləğ təklif etdilər”.

Leonardo Fransa millisinin üzvünün mövsümün sonunda komandadan ayrılmayacağına inandığını da əlavə edib. O, Mbappe ilə yeni müqavilə məsələsini müzakirə edəcəklərini deyib.

Qeyd edək ki, Kilian Mbappenin PSJ ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.