23:24 15-09-2021
news_image
132
FUTBOL

Rekord qiymət qoydu – Raysa

İngiltərənin “Vest Hem” klubunun futbolçusu Deklan Raysın transfer qiyməti bəlli olub.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi yarımmüdafiəçini satacağı məbləği müəyyənləşdirib.

“Vest Hem” Rays üçün 100 milyon funt-sterlinq istəyir. Bu, Premyer Liqa üçün rekord məbləğdir.

Rays İngiltərənin aparıcı klublarının maraq dairəsindədir. “Çelsi” və “Mançester Yunayrted” yarımmüdafiəçi üçün xərcə düşməyə hazırdır.