00:49 16-09-2021
news_image
132
FUTBOL

“Arsenal”a lazım deyil – 25 milyonluq futbolçu

İngiltərənin “Arsenal” klubu qapıçısı Bernd Lenoya ehtiyac duymur.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi qolkiperi satmağı planlaşdırır.

Aron Ramsdeyli heyətinə qatan Premyer Liqa klubu saxlamağa lazım bilmədiyi almaniyalıya qış “transfer pəncərəsi”ndə müştəri tapmaq istəyindədir. İtaliya klublarının maraqlandığı Lenonun “topçular”la müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.

Qeyd edək ki, Bernd 2018-ci ildə “Bayer”dən 25 milyon avroya transfer olunub.