22:37 16-09-2021
news_image
986
FUTBOL

Konfrans Liqası qrupuna 1 xalla başladı - “Qarabağ”

Bu gün “Qarabağ” növbəti avrokubok oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının vitse-çempionu Konfrans Liqasının qrupunda ilk maçına çıxıb.

Ardıcıl 8-ci dəfə avrokubokların qrupunda oynayan Qurban Qurbanovun yetirmələri mübarizəyə evdə start verib. Təmsilçimiz İsveçrə “Bazel”i ilə üz-üzə gəlib. Matç Bakı Olimpiya Stadionunda təşkil olunub.

Konfrans Liqasında məğlubiyyət nə olduğunu bilməyən “Qarabağ” doğma azarkeşləri önündə uğurlu seriyanı davam etdirib. Lakin oyunboyu üstün çıxışa və kifayət qədər qol şansına baxmayaraq, rəqibin müqavimətini qırmaq mümkün olmayıb. Nəticədə qarşılaşma 0:0 hesabı ilə başa çatıb və “Qarabağ” qrupa 1 xalla başlayıb.

Qrupun digər görüşündə “Kayrat”la “Omoniya” birincilərin meydanında qolsuz bərabərə qalıb.

Qeyd edək ki, “Qarabağ” növbəti oyununu sentyabrın 30-da Kiprdə “Omoniya”ya qarşı keçirəcək.

Konfrans Liqası
H qrupu, I tur
16 sentyabr
20:45. “Qarabağ” (Azərbaycan) – “Bazel” (İsveçrə) - 0:0

Baş hakim: Erik Lambrexts (Belçika)

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Patrik Andrade, 10. Abdullah Zubir, 11. Xayme Romero, 20. Kadi Borqes, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 17. Qaspar Panadero, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 77. Ramil Şeydayev, 83. Nihad Quliyev
Baş məşqçi: Qurban Qurbanov

“Bazel”: 1. Hayns Lindner, 4. Eray Cömert, 7. Paytim Kasami, 10. Artur Kabral, 14. Valentin Ştoker (k), 19. Darlan Males, 21. Endi Pelmard, 22. Serxio Lopez Qalaçe, 23. Vuter Burger, 27. Dan Ndoye, 28. Raul Petretta
Ehtiyat oyunçular: 13. Corce Nikoliç, 46. Feliks Gebhardt, 5. Mikael Lanq, 17. Liam Millar, 24. Tikian Tuşi, 29. Adrian Durrer, 30. Tomaş Tavares, 34. Taulan Caka, 35. Matias Palasios, 40. Liam Kipperfild, 96. Mendes Manqo Fernandes
Baş məşqçi: Patrik Rahmen

Bakı Olimpiya Stadionu