14:46 15-09-2021
news_image
70
FUTBOL

Rudigerə əvəzləyici tapdı – “Çelsi”

İspaniyanın “Sevilya” klubunun futbolçusu Jül Kunde karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, müdafiəçi “Çelsi”nin maraq dairəsindədir.

London təmsilçisi komandadan gedəcəyi gözlənilən Antonio Rudigeri fransalı ilə əvəzləmək istəyir. Rudiger “Çelsi” ilə müqaviləni uzatmaqdan imtina edir. Bu üzdən də Premyer Liqa klubu alternativ variant axtarışındadır.

Qeyd edək ki, Jüs Kunde “Sevilya”ya 2019-cu ildə “Bordo”dan keçib.