14:21 15-09-2021
news_image
165
FUTBOL

“Qarabağ”ın geriləməsinə səbəb oldu - “Volfsburq”

Avrokubokların qrup mərhələsinin ilk oyun günündən sonra klubların UEFA reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Avropanın 100 ən yaxşı komandası arasında Azərbaycanın yalnız bir təmsilçisi yer alıb.

Bu, Ağdamın “Qarabağ” klubudur. Premyer Liqanın vitse-çempionu 18,500 xalla Avropanın 70-cisi adına şərikdir. Təmsilçimiz Niderland “Feyenoord”u ilə eyni xala malikdir.

Qrup mərhələsinin ilk matçları Qurban Qurbanovun yetirmələrinin geriləməsinə səbəb olub. Buna səbəb Almaniya “Volfsburq”udur.

Bundesliqa klubu Çempionlar Liqasının “Lill”ə qarşı Fransadakı oyununda qolsuz heç-heçə edib. Bu, “Volfsburq”un şərikləri olan “Qarabağ”la “Feyenoord”u keçməsi ilə nəticələnib.

Qeyd edək ki, Konfrans Liqasında mübarizə aparan ağdamlılar sabah İsveçrə “Bazel”i ilə görüşəcək.