13:50 15-09-2021
news_image
113
FUTBOL

6 futbolçu ilə 3 illik müqavilə - “Sumqayıt”dan

“Sumqayıt” Futbol Akademiyasının 6 futbolçusu ilə peşəkar müqavilə imzalanıb.

Apasport.az xəbər verir ki, bu barədə “gənclik şəhəri” təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, qapıçı Xəyal Fərzullayev, müdafiəçilər Nihad Ağayev, Nurlan Bayramov, yarımmüdafiəçilər Tural Axverdiyev, Rüstəm Hümbətov və hücumçu Əjdər Hacılı klubla 3 illik sazişə imza atıb.

Adıçəkilən oyunçuların yaxın gələcəkdə əsas komandaya cəlb olunması nəzərdə tutulub.