16:42 26-09-2021
news_image
148
FUTBOL

2021/22 mövsümünün ən dəyərli “11-liy”i – Çempionlar Liqasında

2021/22 mövsümündə Çempionlar Liqasının ən dəyərli “11-liy”i açıqlanıb.

Apasport.az saytının məlumatına görə, turnirin qrup mərhələsində yer alan futbolçulardan öz mövqelərinə görə ən yüksək transfer qiymətinə malik olanlar seçilib.

4-2-4 sisteminə uyğun qurulan heyətdə Lionel Messi və Kriştiano Ronaldoya yer tapılmayıb.

Qapıçı: Yan Oblak
Klubu: “Atletiko”
Yaşı: 28
Transfer qiyməti: 70 milyon

Mərkəz müdafiəçisi: Mattiys de Liqt
Klubu: “Yuventus”
Yaşı: 22
Transfer qiyməti: 75 milyon

Mərkəz müdafiəçisi: Ruben Diaş
Klubu: “Mançester Siti”
Yaşı: 24
Transfer qiyməti: 75 milyon

Sol cinah müdafiəçisi: Alfonso Deyvis
Klubu: “Bavariya”
Yaşı: 20
Transfer qiyməti: 70 milyon

Sağ cinah müdafiəçisi: Trent Aleksander-Arnold
Klubu: “Liverpul”
Yaşı: 22
Transfer qiyməti: 75 milyon euro

Orta sahə: Kevin De Bruyne
Klubu: “Mançester Siti”
Yaşı: 30
Transfer qiyməti: 100 milyon

Orta sahə: Frenki de Yonq
Klubu: “Barselona”
Yaşı: 24
Transfer qiyməti: 90 milyon

Sol vinger: Neymar
Klubu: PSJ
Yaşı: 29
Transfer qiyməti: 100 milyon

Sağ vinger: Ceydon Sanço
Klubu: “Mançester Yunayted”
Yaşı: 21
Transfer qiyməti: 100 milyon

Hücumçu: Erlinq Haland
Klubu: “Borussiya” Dortmund
Yaşı: 21
Transfer qiyməti: 130 milyon

Hücumçu: Kilian Mbappe
Klubu: PSJ
Yaşı: 22
Transfer qiyməti: 160 milyon