15:02 15-09-2021
news_image

“President Cup”da iş başında – azərbaycanlı hakimlər

İstanbulda taekvondo üzrə “President Cup” beynəlxalq turnirinə bu gün start verilib. 

Apasport.az saytının Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, yarışda ölkəmizi üç hakim təmsil edir.

Bunlar Azərbaycan Taekvondo Federasiyasının baş hakimi, beynəlxalq dərəcəli hakim Gündüz Abdullayev, Ramal Camalov və Aygül Abdullayevadır.

“President Cup” turnirinə sentyabrın 20-də yekun vurulacaq.