16:21 16-09-2021
news_image
338
FUTBOL

Uğursuz gün – “Qarabağ” üçün

Sabah “Qarabağ” növbəti avrokubok matçına çıxacaq.

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Konfrans Liqasının qrup mərhələnə “Bazel”lə qarşılaşma ilə başlayacaq.

Bu, Azərbaycan klublarının avrokuboklar tarixində sentyabrın 16-da keçirəcəyi 2-ci oyundur. İndiyədək yalnız bir dəfə təmsilçimiz bu tarixdə meydana çıxıb.

Buna ötən il təsadüf olunub. “Qarabağ”  Çempionlar Liqasının III təsnifat mərhələsində “Molde”ni qəbul edib. Kiprdə baş tutan matç Ağdam klubu üçün uğursuz nəticələnib. Qurban Qurbanovun yetirmələri penaltilər seriyasında uduzub.

2020/21 mövsümü
Çempionlar Liqası
III təsnifat mərhələsi
16 sentyabr. “Qarabağ” – “Molde” (Norveç) – 0:0, pen. 5:6