17:54 15-09-2021
news_image
127
FUTBOL

“Bavariya”ya qayıdır - İvan Perişiç

İtaliyanın “İnter” klubunun futbolçusu İvan Perişiç yenidən Almaniyada çıxış edə bilər.

Apasport.az saytının məlumatına görə, xorvatiyalı yarımmüdafiəçi “Bavariya”nın transfer siyahısında yer alıb.

Münhen klubu gələn ilin yayında müqaviləsi başa çatan İvanı azad agent kimi heyətinə qatmağı planlaşdırır. 2 il əvvəl “Bavariya”da icarədə olan Perişiç özünü yaxşı tərəfdən göstərə bilib. 

Bu üzdən də Bundesliqanın ən titullu klubu onun qayıdışında maraqlıdır. Futbolçunun özü də Almaniyaya qayıtmağın əleyhinə deyil.