16:46 15-09-2021
news_image
78
FUTBOL

Keyn “Tottenhem”lə müqaviləni uzadacaq – bir şərtlə

İngiltərə millisinin futbolçusu Harri Keyn “Tottenhem”lə müqaviləni uzatmağa razılıq verib.

Apasport.az saytının məlumatına görə, ulduz hücumçu anlaşmaya imza atmaq üçün bir şərt irəli sürüb.

Klub rəhbərliyi tərəfindən buna əməl olunsa, Keyn müqavilə imzalayacaq. Hücumçunun tələbi ondan ibarətdir ki, anlaşmada klubdan getməsi üçün ödəniləcək məbləğ konkret göstərilsin. Bu, digər klublara onu almaq imkanı yaradacaq.

Qeyd edək ki, bir müddət əvvəl klubdan ayrılacağı gözlənilən forvard transferinə icazə verilmədiyi üçün məşqləri də boykot etmişdi.