19:59 15-09-2021
news_image
119
FUTBOL

“Eyni səviyyəli komandalar üz-üzə gələcək” - Patrik Rahmen

“Bu oyuna yaxşı hazırlıq keçmişik. Rəqib haqqında məlumat toplamışıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Bazel”in baş məşqçisi Patrik Rahmen Konfrans Liqasının qrup mərhələsinin I turunda “Qarabağ”la keçiriləcək oyun barədə danışarkən deyib.

52 yaşlı çalışdırıcı sabah Bakı Olimpiya Stadionunda baş tutacaq görüş öncəsi təşkil olunan mətbuat konfransında bu fikirləri səsləndirib: “Mövsümə yaxşı başlamışdıq. Məqsədimizə nail olaraq Konfrans Liqasının qrup mərhələsinə yüksəldik. Çempionatda sonuncu dəfə "Luqano" ilə matçda yaxşı oynadıq, amma qəlbə qazana bilmədik. Bu səbəbdən psixoloji təzyiq olacağını düşünmürəm". 

52 yaşlı mütəxəssis Ağdam təmsilçisini özləri ilə eyni səviyyədə gördüklərini bildirib: "Onlarla eyni səviyyədə çıxış edirik. Biz də oyun ərzində topa sahib olmaq niyyətindəyik. Sabah eyni səviyyəli komandalar üz-üzə gələcək. Bizi maraqlı oyun gözləyir. Qrupda yalnız Qazaxıstan "Kayrat"ı haqqında elə də çox məlumata sahib deyiləm. Çətin qrupa düşdüyümüzü deyə bilərəm. Hamısı güclü rəqiblərdir. Kiprin "Omoniya" klubunu da unutmaq olmaz. Bizi qarşıda maraqlı görüşlər gözləyir". 

Rahmen sabahkı matçda yaxşı oyun nümayiş etdirib 3 xal qazanmaq istədiklərini diqqətə çatdırıb: " Rəqibin bir neçə oyununu izləmişik. Cinahda aktiv olan futbolçuları bizə çətinlik yarada bilər. Bizi çətin maraqlı qarşılaşma gözləyir. Sabahkı oyunu səbrsizliklə gözləyirik. Məqsədimiz hər görüşdə qələbə qazanmaqdır. Avropa çempionatı zamanı İsveçrə millisinin oyunlarına baxmışam. Bakı Olimpiya Stadionu çox yaxşı arenadır". 

Qeyd edək ki, sabahkı oyun saat 20:45-də başlayacaq.