20:12 15-09-2021
news_image
102
FUTBOL

“Qarabağ”ın fiziki durumu yüksək səviyyədədir” – “Bazel”in futbolçusu

“Bakı çox gözəl şəhərdir. Bakı Olimpiya Stadionu da yaxşı arenadır. Sabahkı matçı səbrsizliklə gözləyirik". 

Apasport.az saytının məlumatına görə, bunu “Bazel”in futbolçusu Eray Kyumart Konfrans Liqasının qrup mərhələsinin I turunda “Qarabağ”la keçiriləcək oyun barədə danışarkən deyib.

23 yaşlı müdafiəçi sabah Bakı Olimpiya Stadionunda təşkil olunacaq görüşlə bağlı keçirilən mətbuat konfransında fikirlərini bölüşüb: “Asan olmayacağını bilirik. Rəqibi yetəri qədər analiz etmişik. Onların fiziki durumu yüksək səviyyədədir".

Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Bazel” oyunu saat 20:45-də başlayacaq.