22:41 15-09-2021
news_image
122
FUTBOL

Çempionlar Liqasına məğlubiyyətlə başladı – “Beşiktaş”

Türkiyə çempionu “Beşiktaş” Çempionlar Liqasında qrup mərhələsinə start verib.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi ilk oyununu öz meydanında keçirib.

“Vodafon Park”da Dortmund “Borussiya”sını qəbul edən Sərgən Yalçının yetirmələri qitənin ən nüfuzlu klub turnirinə uğursuz başlanğıc edib. Cüd Bellingemin 20-ci, Erlinq Halandın isə 45+3-cü dəqiqədə vurduğu qollar sayəsində almanlar səfərdə 2:1 hesablı qələbə qazanıb. Qardaş ölkə təmsilçisinin gücü 90+4-cü dəqiqədə Fransisko Montero ilə fərqi minimuma endirməyə çatıb.

C qrupunda yer alan “Beşiktaş” növbəti matçını sentyabrın 28-də Amsterdamda “Ayaks”a qarşı keçirəcək.