09:00 16-09-2021
news_image
120
FUTBOL

Həftənin futbolçusu adına 4 namizəd – Çempionlar Liqasında

Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, UEFA qrup mərhələsinin I tur matçlarından sonra ən yaxşı olmağa 4 iddiaçı seçib.

Bunlar Dortmund “Borussiya”sının orta sahə oyunçusu Cud Bellingem, “Bavariya”nın qol “silahı” Robert Levandovski, “Ayaks”ın hücumçusu Sebastian Aller və “Leypsiq”in yarımmüdafiəçisi Kristofer Nkunkudur. Adıçəkilən oyunçulardan Bellingem 1 qol, 1 assistlə yadda qalıbsa, Levandovski dubl, Nkunku het-trik, Aller isə poker edib.

Qalib azarkeşlər arasında aparılacaq səsvermədən sonra sabah açıqlanacaq.