09:14 16-09-2021
news_image
112
FUTBOL

Van Bastenin rekordunu təkrarladı – 4 qolla

Çempionlar Liqasının I turunda “Sportinq”lə qarşılaşan “Ayaks” səfərdə 5:1 hesablı qələbə qazanıb.

Apasport.az saytının məlumatına görə, qarşılaşmanın qəhrəmanı pokerə imza atan Sebastian Aller olub.

27 yaşlı hücumçu debüt görüşündə 4 qola imza atmaqla 29 illik rekordu təkrarlayıb. Ona qədər yalnız əfsanəvi niderlandlı Marko van Basten bunu bacarmışdı. Van Basten 1992-ci ildə “Milan”ın heyətində ən nüfuzlu klub turnirində çıxdığı ilk görüşdə “Göteborq”un qapısından 4 top keçirib.

Qeyd edək ki, “Ayaks” qrupda növbəti oyununu sentyabrın 28-də evdə “Beşiktaş”a qarşı keçirəcək.