09:46 16-09-2021
news_image
107
FUTBOL

Runidən sonra ilk ingilis - 17 ildən sonra

Çempionlar Liqasının I turunda “Leypsiq”lə oyun “Mançester Siti”nin yarımmüdafiəçisi Cek Qriliş üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, yeni transfer maraqlı statistik göstərici ilə yadda qalıb.

Qriliş 2004-cü ildən bəri Çempionlar Liqasında debüt matçında qol vurmağı bacaran ilk ingilis futbolçudur. Sonuncu dəfə buna 17 il əvvəl “Mançester Yunayted”in əfsanəvi futbolçusu Ueyn Runi “Fənərbaxça” (6:2) ilə görüşdə nail olub.

Qeyd edək ki, “Mançester Siti” “Leypsiq” üzərində 6:3 hesablı qələbə qazanıb.