10:02 16-09-2021
news_image
102
FUTBOL

Ən gənc qolçu oldu – “Beşiktaş”la oyunda

Dortmund “Borussiya”sının futbolçusu Cud Bellingem yeni rekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Çempionlar Liqasında ardıcıl iki matçda qol vuran ən gənc oyunçu adına yiyələnib.

Ötən mövsüm 1/4 finalın cavab oyununda “Mançester Siti”nin (1:2) qapısına yol tapan Cud bu dəfə I turun “Beşiktaş”la görüşündə (2:1) qol sevinci yaşayıb. 2 qarşılaşmadan ibarət qol seriyasına malik Cud 18 yaş 78 günlüyündə bunu bacarıb.

O, turnirin tarixində belə göstəriciyə imza atan ən gənc futbolçu adını Killian Mbappedən alıb. Fransalı 2017-ci ildə “Monako”da oynadığı vaxt 18 yaş 85 günlüyündə eyni uğuru reallaşdırıb.