11:25 16-09-2021
news_image
91
FUTBOL

“Mançester Siti” ikinci oldu – rekorda 3 oyun çatmadı

İngiltərənin “Mançester Siti” klubu Çempionlar Liqasında 50-ci qələbəsini qazanıb.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisinin yubileyi I turun “Leypsiq”lə matçına təsadüf edib.

Mançesterlilər 6:3 hesabı ilə qalib gəlib. Bu yubiley klubun turnirdəki 91-ci matçında qeydə alınıb. “Şəhərlilər” digər oyunlarda 16 heç-heçə edib və 25 dəfə uduzub.

Pep Qvardiolanın yetirmələri 50-ci qələbəsini ən tez qazanan ikinci komandadır. Yalnız “Real” bu rəqəmə 88-ci oyununda çatıb.