12:00 16-09-2021
news_image
251
FUTBOL

Mozambiklə Malavi millimizi arxada qoydu – FİFA reytinqində

Milli komandaların FİFA reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, hesabat dövründə keçirilən DÇ-2022-nin seçmə oyunları və yoldaşlıq görüşləri cədvəldə bir sıra dəyişikliklərə səbəb olub.

Bu, Azərbaycan yığmasından da yan ötməyib. Seçmə mərhələdə üç oyun keçirən Canni de Byazinin yetirmələri Lüksemburqa 1:2, Portuqaliyaya 0:3 hesabı ilə uduzub, İrlandiya ilə heç-heçə oynayıb – 1:1.

Bu üç matçın nəticəsində millimiz 8 xal itirib. 1158 xala malik komandamız dünyanın 117-cisidr. Yığmamız ötən ayla müqayisədə 5 pillə irəliləyib. Mozambik, Malavi, Farer adaları, Liviya, Kosovo yığmaları millimizi arxada qoyub.

Qardaş Türkiyə yığması 1455 xalla 41-cidir. “Ay-ulduzlular” 2 addım geriləyib.

Qeyd edək ki, Belçika (1832) və Braziliya (1812) ilk iki pillədəki mövqeyini qoruyub. Fransanı keçən İngiltərə (1755) 3-cü sıraya yüksəlib.