15:42 16-09-2021
news_image
279
FUTBOL

6 milyonluq evi qoyunlara görə tərk etdi - Ronaldo

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Kriştiano Ronaldo evini dəyişmək məcburiyyətində qalıb.

Apasport.az saytının məlumatına görə, buna qoyunlar səbəb olub.

Meşə və yaşıl çəmənliklərin arasında yerləşən Ronaldonun evinin yaxınlığı heyvanların otarılma yeri olub. Qoyunlar hər səhər tezdən futbolçu və ailəsini yuxudan erkən oyadıb.

Bu üzdən Ronaldo 6 milyon avroluq evi bəyənməyib. O, 3 milyon dəyəri olan evə köçüb.