17:09 16-09-2021
news_image
184
FUTBOL

30 milyonluq hücumçu – “Liverpul” üçün

İngiltərə “Liverpul”u hücum xəttinə yeni futbolçu transfer etməyi planlaşdırır.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi Amin Quirini heyətinə qatmaq niyyətindədir.

“Nitsa”nın 21 yaşlı futbolçusu Roberto Firminonu əvəz etməlidir. Əlcəzair əsilli fransalının Liqa1 təmsilçisi ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. Onun satış qiyməti 30 milyon avro təşkil edir.

Qeyd edək ki, hücumçu ötən mövsüm 41 matçda 16 qol vurub.