17:44 16-09-2021
news_image
113
FUTBOL

Satılmır! - Saka

İngiltərənin “Arsenal” klubu Bakayo Sakanın gələcək karyerasına aydınlıq gətirib.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi cinah yarımmüdafiəçisini heyətində saxlamağa qərar verib.

“Toprçular” 21 yaşlı istedadı başqa kluba satmayacaq. “Arsenal” üçün İngiltərə milisində də özünü yaxşı tərəfdən göstərən Sakanın yeri toxunulmazdır.

Bu üzdən klub istənilən transfer təklifini rədd edəcək. Cari mövsümdə 4 matça çıxan Bakayo gələcəkdə komandanın əsas lideri olmalıdır.