12:26 16-09-2021
news_image
103
FUTBOL

Mbappeni itirdi – PSJ

Çempionlar Liqasının I turunda “Brügge” ilə heç-heçə edən (1:1) PSJ eyni zamanda bir aparıcı futbolçusunu da itirib.

Apasport.az saytının məlumatına görə, Paris təmsilçisinin hücumçusu Kilian Mbappe zədələnib.

Qarşılaşmanın ikinci hissəsində iki dəfə ayağından zərbə alan gənc forvard mübarizəni davam etdirə bilməyib və 51-ci dəqiqədə Mauro İkardi ilə əvəzlənib. Baş məşqçi Mauritsio Poçettino Mbappenin hər iki ayaq topuğunda əvvəldən problem olduğunu və həmin zədənin təzələndiyini açıqlayıb.

Fransalının nə vaxta qədər sıradan çıxdığı bu gün keçiriləcək tibbi müayinənin ardından müəyyənləşəcək.