12:39 16-09-2021
news_image
131
FUTBOL

Canni de Byaziyə porto şərabı göndərildi – Fernando Santuşun əvəzinə

Azərbaycan millisinin baş məşqçisi Canni de Byaziyə porto şərabı göndərilib.

Apasport.az saytının məlumatına görə, bu təşəbbüsə “Sociedade Comercial C. Santos” şirkəti əl atıb.

Şirkətin dileri marketinq kampaniyasında çıxış edib. O, bu il 75 illiyini qeyd edən şirkət adından Santuşun borcunu öz boyunlarına götürdüklərini açıqlayıb: “Portuqaliyanın borcları var və biz heç kimə borclu olmaq istəmirik”.

Qeyd edək ki, Canni de Byazi DÇ-2022-nin seçmə mərhələsində keçirilən Azərbaycan – Portuqaliya (0:3) oyunundan əvvəl Albaniyada olarkən Portuqaliyanı məğlub etdiklərini və bunun sayəsində həmkarı Fernando Santuşun baş məşqçi təyin olunduğunu açıqlayıb. O, buna görə portuqaliyalı mütəxəssisdən porto şərabı hədiyyə istəyib.