13:53 16-09-2021
news_image
366
FUTBOL

5-ci duel – isveçrəlilərlə

Azərbaycan və İsveçrə klubları avrokuboklarda 5-ci dəfə üz-üzə gələcək.

Apasport.az saytının məlumatına görə, Konfrans Liqasının qrup mərhələsinin I turunda keçiriləcək “Qarabağ” – “Bazel” görüşünədək iki ölkə təmsilçisi 2 duel çərçivəsində 4 matçda qarşılaşıb.

Əvvəlki oyunların hamısı Avropa Liqasının pley-offunda baş tutub. Həm “Bazel”, həm “Qarabağ” bu duellərin birində qüvvəsini sınayıb. 12 il öncə Bazelin eyniadlı təmsilçisi “Bakı”nı hər iki görüşdə udubsa, 6 il sonra “Qarabağ” “Yanq Boyz”a eyni aqibət yaşadıb. Hər iki halda cavab matçında böyük hesab qeydə alınıb. İsveçrəlilər səfərdə, Azərbaycan çempionu evdə darmadağına sevinib.

Bir sözlə, hər iki ölkə təmsilçiləri 2 qələbə qazanıb və 2 dəfə məğlub olub. Top fərqi isə hələlik rəqibin xeyrinədir – 8:6.

Avropa Liqası
2009/10 mövsümü
Pley-off
20 avqust. “Bakı” – “Bazel” (İsveçrə) - 1:3

Fernando Peres, 49 // Ştreller, 71, 74, Huggel, 77
27 avqust. “Bazel” (İsveçrə) - Bakı - 5:1
Almerares, 32, Gelabert, 36, Fray, 63, Şakiri, 74, Mustafi, 84 // Feliks Felipe Almeyda, 33
2015/16 mövsümü
Pley-off
20 avqust. “Yanq Boyz” (İsveçrə) – “Qarabağ” – 0:1

Riçard Almeyda, 67
27 avqust. “Qarabağ” – “Yanq Boyz” (İsveçrə) – 3:0
Riçard Almaeyda, 4 (pen.), Reynaldo, 43, Əfran İsmayılov, 61