13:17 16-09-2021
news_image
395
FUTBOL

“Şerif” “Qarabağ”ı keçdi – UEFA reytinqində

Avrokubokların qrup mərhələsinin ikinci oyun günündən sonra klubların UEFA reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Avropanın 100 ən yaxşı komandası arasında Azərbaycanın yalnız bir təmsilçisi yer alıb.

Bu, Ağdamın “Qarabağ” klubudur. Premyer Liqanın vitse-çempionu cədvəldə 1 pillə geriləyib. 18,500 xala malik Qurban Qurbanovun yetirmələri Avropanın 71-cisi adına şərikdir. Təmsilçimiz Niderland “Feyenoord”u ilə eyni xala malikdir.

Qrup mərhələsinin ilk matçları təmsilçimizin geriləməsinə səbəb olub. Çempionlar Liqasında “Şaxtyor”u 2:0 hesabı ilə məğlub edən “Şerif” xal hesabını 19,500-ə yüksəldib. “Qarabağ”ı keçən Moldova klubu Almaniya “Volfsburq”una çatıb.

Qeyd edək ki, Konfrans Liqasında mübarizə aparan ağdamlılar bu gün İsveçrə “Bazel”i ilə görüşəcək.