16:53 16-09-2021
news_image
153
FUTBOL

Hər kluba 16 milyon avro – Liqa1-də

Koronavirus pandemiyası dövründə Fransa klublarının aldığı yardımın məbləği bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunu “Marsel”in baş meneceri Loran Kolet açıqlayıb.

O bildirib ki, yarışların dayandırıldığı dövrdə Liqa1-də çıxış edən hər kluba dövlət tərəfindən 16 milyon avro yardım edilib. Bu vəsait klubların fəaliyyətini saxlamasına dəstək üçün xərclənib.

Kolet qeyd edib ki, bu məbləğ yardım kimi verilib. Klublar həmin vəsaiti uzunmüddətli kredit kimi qaytarmalı olmayacaq.