00:38 17-09-2021
news_image
100
FUTBOL

Əməliyyatı uğurlu keçdi - Braytveytin

İspaniyanın “Barselona” klubunun futbolçusu Martin Braytveyt əməliyyat olunub.

Apasport.az saytının məlumatına görə, danimarkalı hücumçuya zədə ilə bağlı cərrahi müdaxilə uğurlu alınıb.

Həkimlər forvardın əziyyət çəkdiyi sol dizini əməliyyat edib. “Barselona” əməliyyatdan sonra futbolçunun bərpa müddəti barədə məlumat verməyib.

Lakin Martinin təxminən nə vaxt meydana dönə biləcəyi bəllidir. Onun 3-4 ay buraxacağı ehtimal edilir.