09:00 17-09-2021
news_image
101
FUTBOL

Həftənin futbolçusu adına namizədlər - Konfrans Liqasında

Konfrans Liqasında həftənin futbolçusu adına namizədlər bəlli olub.

Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin I turundan sonra UEFA 4 iddiaçı müəyyənləşdirib.

Bunlar Stip Peritsa (“Makkabi”, Təl-Əviv), Conas Vind (“Kopenhagen”), Dario Mareşiç (LASK) və Lorenzo Pelleqrinidir (“Roma”). İlk turda Pelleqrini və Vind 2 qolla, Peritsa 1 qol, 1 assistlə, Mareşiç isə 1 qolla komandasının qələbəsinə töhfə verib. Qalib səsvermə nəticəsində bilinəcək.

Qeyd edək ki, Konfrans Liqasında Azərbaycanı təmsil edən “Qarabağ” Bakıda qarşılaşdığı “Bazel”lə qolsuz bərabərə qalıb.