10:51 17-09-2021
news_image
138
FUTBOL

Müqaviləsinə xitam verildi – Dani Alveşin

Braziliyanın “San-Paulu” klubu Dani Alveşlə yollarını ayırıb.

Apasport.az saytının məlumatına görə, təcrübəli müdafiəçi ilə müqaviləyə xitam verilib.

Onun anlaşması 2022-ci ilin sonunda başa çatmalı olsa da, klub rəhbərliyi Dani ilə vidalaşmağa üstünlük verib. Buna oyunçunun komandanın düşərgəsinə qayıtmaqdan imtinası səbəb olub.

Alveş maaşının ödənilməyən hissəsinə görə yığılan borclara etiraz əlaməti olaraq bu addımı atıb. O, 2019-cu ilin yayından şərəfini qoruduğu “San-Paulu”dan da məhz bu narazılığa görə ayrılıb.