11:18 17-09-2021
news_image
139
FUTBOL

Çalışdığı ən yaxşı futbolçunu açıqladı – Klopp

İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp karyerası ərzində çalışdığı ən yaxşı futbolçunu açıqlayıb.

Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis yetirmələri arasında Robert Levandovskini fərqləndirib.

Dortmund “Borussiya”sında polşalı hücumçuya güvənən Klopp onu ən yaxşı adlandırıb: “Ən yaxşı oyunçu? Robert Levandovski. Başqasının adını çəkmək haqsızlıq olar. O, öz potensialından necə istifadə edib, özünü oyunçu olmağa necə məcbur edə bilib və bugünkü səviyyəyə çatıbsa, bunlar ağlasığmazdır”.