11:24 17-09-2021
news_image
112
FUTBOL

Hakimlər açıqlandı – Premyer Liqamızda

Azərbaycan Premyer Liqasında IV turun ilk gününün bütün təyinatları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, sabah baş tutacaq iki matçın hakimləri bəlli olub.

“Qəbələ” – “Səbail” qarşılaşmasını Rauf Allahverdiyev idarə edəcək. İnqilab Məmmədov isə “Zirə” – “Sabah” oyununda fit çalacaq.

Azərbaycan Premyer Liqası
IV tur
18 sentyabr (şənbə)
17:00. “Qəbələ” – “Səbail”

Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Kamran Bayramov, Rəşad Əhmədov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Qəbələ şəhər stadionu

19:15. “Zirə” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Rəhman İmami, Namiq Bəkirov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksinin stadionu