14:37 17-09-2021
news_image
165
FUTBOL

12 azarkeş həbs olundu – Avropa Liqası matçında

Avropa Liqasının qrup mərhələsinin I turunda keçirilən “Lester” – “Napoli” oyunundan əvvəl xoşagəlməz olay yaşanıb.

Apasport.az saytının məlumatına görə, stadionun yaxınlığında iki komanda azarkeşləri arasında incident baş verib.

Bu hal matçdan sonra da təkrarlanıb. Hətta ingilis fanatlar rəqib azarkeşlərlə yanaşı, yerli polislə də toqquşmaya cəhd edib. Nəticədə asayiş keşikçiləri 12 azarkeşi həbs edib.

Qeyd edək ki, “Lester” – “Napoli” görüşü 2:2 hesabı ilə yekunlaşıb.